Biz kimik:

“Barama Tekstil” MMC uzun illərdir ki tekstil sektorunda fəaliyyət göstərir. Bir çox tekstil məhsullarının( işçi geyimləri, uniforma , yataq dəstləri, dəsmal və s) istehsalında ixtisaslaşmışdır.

Məqsədimiz:

Biz müştərilərə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim etməklə onların istəklərini tam qarşılanmasını və müştəri məmnunluğunun təmin olunmasını qarşımızda məqsəd qoymuşuq. Biz uzunmüddətli işgüzar münasibətlər qurmaqla daima satış həcmini artırmağa çalışırıq. Bizim başlıca məqsədimiz müştərilərə münasib qiymətlərlə yüksək keyfiyyətli məhsullar təqdim edərək bazarda mövcud olan tendensiyalar və tələblərlə ayaqlaşmaqdır.

İstehsalat:

İstehsalatımız müasir texnologiyalarla və yeni avadanlıqlarla təchiz olunmuşdur. Məhsulların istehsalında yalnız yüksək keyfiyyətli xammallardan istifadə olunur.

İşçi heyəti:

İşçi heyətimiz müvafiq sahələr üzrə peşəkar kadrlardan ibarətdir. Bütün bölmələr qarşıda qoyulan bütün məsələlərin həllində vahid komanda kimi fəaliyyət göstərir. İnsan Resursları şöbəsi kadrların seçilməsinə xüsusi diqqətlə yanaşaraq gələcək işçilərin peşəkarlığı ilə yanaşı, onların mədəniyyəti, dürüstlüyü və s. kimi fərdi xüsusiyyətlərinə çox böyük önəm verir. İşçilərin seçimi zamanı keçirilən müsahibələr rəhbərliyin iştirakı ilə keçirilir.