Xidmətlər

YAZILARIN VƏ LOQOLARIN VURULMASI XİDMƏTİ

Bildiyiniz kimi, əksər şirkətlər işçi geyimi sifariş edərkən onların üzərində öz şirkətlərinin loqosunu da görmək istəyirlər. Biz sizə geyimlərin üzərinə müxtəlif üsullarla loqo və ya yazıların vurulması xidmətini təklif edirik. Loqo və ya yazılar tikmə naxış, boya və termoköçürmə üsulları ilə vurula bilər.

Şirkətinizin logosu yoxdursa, bizim profesional dizaynerlər loqonuzun yaradılmasında sizə kömək edə bilərlər.

Yazıların tikmə naxışla vurulması xidməti

Tikmə naxış üsulu ilə vurulmuş loqo geyimi daha görünüşlü və digərlərindən fərqli edir. İstifadə etdiyimiz müasir tikmə naxış maşınları və onların proqram təminatı geyimlərin üzərində qısa müddət ərzində keyfiyyətli yazılar vurmağa imkan verir. Bu üsulla yazı və loqolar geyimlərin, papaqların, çantaların və s. malların üzərinə vurula bilər.

Yazıların boya ilə vurulması xidməti

Loqo və ya yazıların boya ilə vurulması üsulu, malların sayı çox olduqda qiymət cəhətdən daha sərfəlidir. Digər tərəfdən loqo və yaziların ölçüsü kifayət qədər böyük ola bilər. Bu üsulla yazı və loqolar geyimlərin, papaqların, çantaların və s. malların üzərinə vurulur.

Çapın termoköçürmə ilə vurulması xidməti

Çapın termoköçürmə ilə vurulması az miqdarlada olan malların üzərinə loqo və yaziların vurulmasında qiymət cəhətdən optimal üsuldur. Bu üsulla yazı və loqolar geyimlərin, papaqların, çantaların və s. malların üzərinə vurulur.