Haqqımızda

Biz kimik:

2004-cü ildə  Avropa iş geyimləri indi ki adı ilə “Brenduniform” təsis edilərək fərdi mühafizə vasitələrinin, işçi və korporativ geyimlərinin istehsalçısı və satıcısı kimi fəaliyyət göstərməyə başlamışdır.

Məqsədimiz:

Biz, müştərilərə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim etməklə və onların istəklərini tam qarşılamaqla, müştəri məmnunluğunun təmin olunmasını qarşımızda məqsəd qoymuşuq. Biz, uzunmüddətli işgüzar münasibətlər qurmaqla daima satış həcmini artırırmağa çalışırıq. Bizim başlıca məqsədimiz müştərilərə münasib qiymətlərlə yüksək keyfiyyətli və sertifikatlaşmış məhsullar təqdim edərək bazarda mövcud olan tendensiyalar və tələblərlə ayaqlaşmaqdır. Brenduniform öz fəaliyyətində tədricən, lakin davamlı inkişafı əsas götürmüşdür.

İstehsalat:

İstehsalatımız müasir texnalogiyalarla və yeni avadanlıqlarla təchiz olunmuşdur. Məhsulların istehsalında yalnız yüksək keyfiyyətli xammallardan istifadə olunur. İstehsal olunan ümumi təyinatlı, odadavamlı, görünmə dərəcəsi yüksək olan və başqa tipli işçi geyimlər, Avropa Standartlarının  tələblərinə cavab verir.

İşçi heyət:

İşçi heyətimiz müvafiq sahələr üzrə peşəkar kadrlardan ibarətdir. Bütün bölmələr qarşıda qoyulan bütün məsələlərin həllində vahid komanda kimi fəaliyyət göstərir. İnsan Resursları şöbəsi kadrların seçilməsinə xüsusi diqqətlə yanaşaraq gələcək işçilərin peşəkarlığı ilə yanaşı, onların mədəniyyəti, dürüstlüyü və s. kimi fərdi xüsusiyyətlərinə çox böyük önəm verir. İşçilərin seçimi zamanı keçirilən müsahibələr rəhbərliyin iştirakı ilə keçirilir.